...

"İslahat" seçki bloku Mərkəzi Seçki Komissiyasina və dövlət başçısına müraciət edəcək

Siyasət Materials 27 Oktyabr 2005 14:05 (UTC +04:00)

"İslahat" seçki bloku oktyabrın 27-də keçirəcəyi toplantısında Mərkəzi Seçki Komissiyasına və dövlət başçısına müraciətlə bağlı qərar qəbul edəcək". Bu barədə Trend ə "İslahat" seçki blokunun rəhbəri və iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qərarın qəbul ediləcəyi barədə bildirib: "Namizəd olduğum 18 saylı Nərimanov-Nizami seçki dairəsindən icra strukturları Yeni Azərbaycan Partiyasının namizədi Əlişir Musayevin təbliğatı ilə məşğul olurlar. Bununla da icra strukturları prezidentin seçkilərin şəffaf və demokratik keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara əhəmiyyət vermir".

Adıçəkilən blokun rəhbəri qeyd edib ki, siyasi mübarizənin formalarına yaxşı bələd olduğundan geri çəkilmək fikrində deyil: "Mən razı ola bilmərəm ki, eyni seçki dairəsindən iqtidarın siyasətini dəstəkləyən iki namizəd arasında siyasi mübarizə kuliminasiya nöqtəsinə çatsın. Buna yol verməmək üçün bərabər hüquqlu seçki təbliğatı tətbiq olunmalıdır".

Qeyd edək ki, M.Əlizadənin rəhbəri olduğu "İslahat" seçki blokunda iqtidaryönlü dörd partiya, Məşvərət Məclisində isə Yeni Azərbaycan partiyası daxil olmaqla 16 siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti