...

O.Haqverdiyev: Azərbaycanın neft-qaz sənayesi ölkə iqtisadiyyatının simasını əks etdirir

Siyasət Materials 27 Oktyabr 2005 17:30 (UTC +04:00)
O.Haqverdiyev: Azərbaycanın neft-qaz sənayesi ölkə iqtisadiyyatının simasını əks etdirir
Trend in AR Nazirlər Kabineti iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Oktay Haqverdiyev ilə eksklüziv müsahibəsi

-Azərbaycan iqtisadiyyatı görünməmiş templə inkişaf etdirilir. 2005-ci il əsas makro-iqtisadi göstəricilərin artımı üçün dönüş oldu və bu tendensiya 2006-cı ildə də gözlənilir. Amma bəzi beynəlxalq maliyyə institutları iddia edir ki, ölkə iqtisadiyyatındakı "canlanma" yalnız neft sektorunun hesabına təmin edilir.Sizin fikrinizcə, həmin bəyanatlar nə dərəcədə əsaslandırılıb və bunlar həqiqətə uyğundurmu?

- Azərbaycanın neft-qaz sənayesi tarixən ölkə iqtisadiyyatının simasını əks etdirib və indi də əks etdirir.Mən başa düşmürəm ki, niyə biz bundan utanmalıyıq. Biz neft strategiyasını gerçəkləşdirməyə başlayanda (1994-cü ildə) qarşımıza məhz bu məqsədi qoymuşduq.Nəhayət ki, cari ildə biz buna nail olduq və bunda heç bir qəbahət yoxdur. 2004-cü il və ötən illərdə qeyri-neft sektorunun artım tempi 13,2%, onun ÜDM-də payı 70%, neft sektoru isə müvafiq olaraq 2,5% və 30% təşkil edirdi. 2005-ci ildə müqavilə yataqlarından neft hasilatı 4,8 mln. ton və qaz 831 mln. m3. artırılacaq.Təbii ki, bu sahədə belə bir artım ÜDM struturunda əks olunmalıdır.Xüsusilə cari ildə ÜDM-də 20% real artım olmaqla neft-qaz sektorunda bunun 40%-dən çox təşkil edəcəyi və payının 2004-cü ildə olan 30%-dən 42%-dək artırılacağı gözlənilir.Beləliklə, qeyri-neft sektorunda artım 11-12% təşkil edəcək və təbii ki, onun payı 70%-dən 58%-dək azalacaq. Məgər qeyri-neft sektorunda 11-12% artım dinamik artım deyil?

-BVF-nun 2005-ci ildə 24-30% səviyyəsində ÜDM artımının fonundakı proqnozlara əsasən, onun qeyri-neft sektorunda artımı 8%-dək azaldılmalıdır. Axı, hökumətin hesabları həmin göstəricilərdən fərqlənir.Bu fərqlər nə ilə bağlıdır? Sizin fikrinizcə, bunlar necə olacaq?

- 2006-cı il və yaxın perspektivlərə gəlincə, neft və qaz hasilatının artırılması daha çox əhəmiyyət kəsb edəcək.Xüsusilə müqavilə yataqlarından hasil edilən neft 2005-ci ildə olan 11,3 mln. tondan 2009-cu ildə 52,3 mln. tonadək, qaz isə 1,8 mlrd.m3-dən 3,4 mlrd. m3-dək artırılacaq. Neft və qaz hasilatı kəskin artırılarsa neft-qaz sektorunda artım tempi yüksək müqayisə olunan baza səbəbindən azalacaq.Hökumətin proqnozları göstərir ki, qeyri-neft sektoru sahəsində orta illik artım tempi 2006-2009-cu illərdə 10-12% təşkil edəcək və bununla onun payı 2009-cu ildə yenidən 70% təşkil edəcək.

- BVF-nun rəhbərliyi hesab edir ki, Azərbaycanda artıq "holland sindromu"nun ilk əlamətləri müşahidə olunur. Həmin bəyanatlar nə dərəcədə əsaslandırılıb?


- Neft və qazın tükənməz ehtiyatlar olduğunu başa düşərək bizim prioritet istiqamətimiz həmişə kənd təsərrüfatı da daxil olmaqla qeyri-neft sektorunun inkişafı olaraq qalacaq.Buna görə də Azərbaycanın "holland sindromu"nu gözləməsini demək mənasızdır.

- 2006-cı ildə Azərbaycan büdcə göstəricilərinin, xüsusilə xərclərin xeyli artacağını gözləyir. Planlaşdırılmış denominasiya da nəzərə alınmaqla bu, inflyasiya göstəricilərinin müəyyən artımına gətirib çıxara bilərmi?

-Büdcə xərclərinin xeyli artırılması ilə bağlı inflyasiyada gözlənənlərə gəlincə, hökumətdə pul kütləsinin artırılması ilə yanaşı qeyri-nağd pul kütləsi payının 30%-dən 50-55%-dək artırılmasına imkan verən səmərəli mexanizmlər vardır.Bundan başqa, belə bir şans yaranıb ki, onu buraxmaq olmaz; banklarda köhnə manat yenisi ilə əvəz edildikdə hüquqi şəxsləri və əhalini həvəsləndirmək lazımdır ki, onlar öz yeni manatlarının bir hissəsini banka qoysun.Amma hər bir halda, gələcəkdə biz istehlakçı bazarında qiymət və tariflərin yuvarlaqlaşdırılması səbəbindən texniki inflyasiyadan xilas ola bilməyəcəyik.Bundan müəyyən dərəcədə can qurtarmaq olar - bunun üçün təkliflərin (həm həcm, həm də struktur üzrə) tələbata minimum 25-30% üstün gəlməsi lazımdır.

- Hökumət xarici borcun idarə edilməsi məsələsində hansı addımlar atmağı planlaşdırır? Xarici investisiyaların cəlb edilməsi üçün hansı sektorlar prioritet ola bilər?

-Bizim xarici borc ÜDM üçün 18-20% təşkil edir və bu, MDB, eləcə də Şərqi Avropa ölkələri arasında ən aşağı göstəricidir.Biz qrafik üzrə hər il xarici borcu tam həcmdə faizlərlə işləyirik.Demək olar ki, yaxın illərdə biz kreditlərdən imtina edə bilərik.Amma hələlik, əsas etibarilə, istehsal və sosial infrastrukturun inkişafı üçün biz xarici kreditləri cəlb edirik.
Xəbər lenti

Xəbər lenti