...

PA Consulting şirkəti tərəfindən 64 dairədə keçirilən "exit poll"un nəticələri rəsmi nəticələrin elan edilməsindən 2 saat əvvəl açıqlanacaq

Siyasət Materials 27 Oktyabr 2005 17:46 (UTC +04:00)

Oktyabrın 26-27-də ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş Gəncəyə ikigünlük səfər edib.Məqsəd regionda seçkiqabağı ictimai-siyasi vəziyyətin öyrənilməsi və Paşa Hüseynov adına 1 saylı internat məktəbinin nəzdində yataqxananın açılışında iştirak etməkdir. Oktyabrın 26-da saat 19.00-da açıq cəmiyyət İnstitutu yardım Fondunun regional ofisində səfir 38 saylı ikinci Nizami (Gəncə) dairəsində qeydiyyata alınmış 21 namizədlə görüşüb. KİV nümayəndələri görüşə buraxılmayıb.

Trend in regional müxbiri bildirir ki, səfir prezidentin sərəncamının ölkənin demokratikləşdirilməsi yolunda mühüm addım olduğunu deyib.O. ümid etdiyini bildirib ki, parlament seçkiləri şəffaf olacaq. "Prezidentin sərəncamı belə danışmağa əsas verir.Hakimiyyətə həmişə bəyan edir ki, ötən seçkilərdən fərqli olaraq hazırkı seçkilər demokratik olacaq.Sizin ölkənizin gələcək inkişafı bu amildən çox asılıdır" -deyə R. Harniş qeyd edib.

"Exit poll" keçirilməsi məsələsinə toxunan səfir bəyan edib ki, bu proses nüfuzlu təşkilat tərəfindən həyata keçiriləcək.a, posol zaəvil, çto gtot proüess budet osuhestvlətğsə vliətelğnoy orqanizaüiey. 64 dairədə keçiriləcək "exit poll"un nəticələri rəsmi nəticələrin elan edilməsindən 2 saat əvvəl açıqlanacaq.Əgər hər-hansı namizəd bir dairədə "exit poll"a əsasən 500 səs toplasa, amma MSK elan etsə ki, 5000 səs toplayıb, onda saxtalaşdırma ehtimal oluna bilər.Səfir qeyd edib ki, amma ABŞ hökuməti Avropa Şurası insan haqları Bürosunun seçkilərin nəticələrinə aid qəbul etdiyi son yekunlarla hesablaşacaq.

Xəbər lenti

Xəbər lenti