...

B. Foll: Biz ümid edirik ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri şəffaf və ədalətli olacaq

Siyasət Materials 27 Oktyabr 2005 20:23 (UTC +04:00)

Biz ümid edirik ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri şəffaf və ədalətli olacaq. Trend bildirir ki, oktyabrın 27-də Bakıya gəlişində Avropa Birliyinin "üçlüyü" nümayəndə heyətinin başçısı, Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll (Brian Fall) bu bəyanatla çıxış edib.

"Seçkilərə hazırlıq çox məsuliyyətli və çətin prosesdir.Mən düşünürəm ki, hər bir seçicinin öz səsini vermək hüququ olmalıdır" -deyə B. Foll qeyd edib və noyabrın 6-da verilən hər bir səsin nəzərə alınacağına ümid etdiyini bildirib.

Eyni zamanda diplomat bildirib ki, səfər çərçivəsində Azərbaycan hakimiyyət nümayəndələri, xüsusilə xarici işlər, daxili işlər, müdafiə, iqtisadi inkişaf nazirləri, eləcə də prezident İlham Əliyevlə konstruktiv dialoq keçiriləcək. Həmçinin ölkənin siyasi partiya nümayəndələri ilə görüşlər keçiriləcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heykki Talvitie (Heikki Talvitie), Böyük Britaniya XİN-nin Şərq ölkələri idarəsinin rəhbəri Saymon Smit (Simon Smith), AB Komissiyasının xarici əlaqələr üzrə direktorluğunun Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kurt Öul (Kurt Juul), Avstriya XİN nümayəndəsi Haydemaria Gürer (Heidemaria Guerer), Avropanın Ermənistan və Gürcüstandakı missiyasının rəhbəri, səfir Torben Holtz (Torben Holtze), Avropa cəmiyyəti Şurasının Cənubi Qafqaz məsələləri üzrə məsulu Paolo Barroso (Paolo Barroso) daxildir.

Xəbər lenti

Xəbər lenti