...

Fikrət Sadıqovun deputat toxunulmazlığına xitam verilib

Siyasət Materials 28 Oktyabr 2005 13:54 (UTC +04:00)

"Milli Məclisin oktyabrın 28-də keçirilən növbədənkənar iclasında deputat Fikrət Məmmədoğlu Sadıqovun deputat toxunulmazlığına xitam verilib. Trend xəbər verir ki, bu qərar Azərbaycan Respublikası baş prokurorluğunun Milli Məclisə göndərdiyi müraciəti əsasında qəbul edilib.

Respublika Baş prokurorunun müavini Rüstəm Usubov Respublika Baş Prokurorluğunun MM-ə göndərdiyi müraciəti ilə bağlı çıxış edərək bildirib ki, baş prokurorluq parlamentdən AR Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 28.220.1 və 278-ci maddələri ilə başlamış 76586 saylı cinayət işi ilə AR Milli Məclisinin üzvü Fikrət Məmməd oğlu Sadıqovun toxunuzlmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

Daha sonra parlamentin intizam komissiyasının sədri Kərim Kərimov çıxış edərək bildirib ki, Baş Prokurorluğun parlamentə göndərdiyi müraciət komissiyanın iclasında müzakirə edilib. "Qərara alınıb ki, barəsində cinayət işi qaldırılan Fikrət Sadıqovun toxunulmazlığına xitam verilsin".

Bu məsələ ilə bağlı çıxış edən digər deputatlar - Səttar Səfərov, Musa Musayev, Mais Səfərli, Cahangir Hüseynov, Eldar İbrahimov, Əli Hüseynov və digər deputatlar Fikrət Sadıqovun korrupsiyaya qurşanmasını və dövlət çevrilişinə cəhd göstərməsini millət vəkilinə yaraşmayan hərəkət hesab edərək onun deputat toxunulmazlığına xitam verilməsini təklif ediblər. Müzakirələrdən sonra məsələ səsə qoyulub və 87 nəfər yekdilliklə onun lehinə səs verib.

Xəbər lenti

Xəbər lenti