...

Seçkini izləyəcək beynəlxalq müşahidəçilərin sayı 1060-a çatıb

Siyasət Materials 28 Oktyabr 2005 17:20 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 1060-a çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Yerli müşahidəçilərin sayı isə 11 616 nəfərdir. Seçki komissiyalarının iclaslarını izləmək hüququ qazanan xüsusi icazəli müşahidəçilər 133 nəfərdir.

Seçkini müşahidə etmək üçün 52 xarici kütləvi informasiya vasitəsindən 204 nəfər jurnalist qeydiyyatdan keçib. Yerli kütləvi informasiya vasitətələrindən isə 14 media orqanından 65 nəfər jurnalist qeydiyyatdan keçib. Bülletenlərdə qalan jurnalistlərin sayı 1607.

Parlament seçkisində iştirak edən deputatlığa namizədlərədn isə namizədliyini geri götürənlərin və ləğv olunanların sayı 455 nəfərdir.

Xəbər lenti

Xəbər lenti