...

Ramil Usubov: Zirehli texnikanın Bakı küçələrinə çıxarılması Azərbaycanda hakimiyyətin zorla ələ alınması planları ilə bağlı idi

Siyasət Materials 29 Oktyabr 2005 13:03 (UTC +04:00)

Azərbaycanın hüquq-mühafizə orqanları müxalifətyönlü Demokrati Partiyanın (ADP) sədri Rəsul Quliyevin Azxərbaycana qayıtmasını istəyir və DİN rəhbərliyi dəfələrlə onun Bakıya qayıda bilməsinin mümkünlüyünü bəyan edib. Trend in məlumatına görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov jurnalistlərlə söhbətində bəyan edib.

"Bakıya qayıdarkən Azərbaycanın Cinayət- Prosessual Məcəlləsinə görə Rəsul Quliyevə elə hava limanında ittiham oxunmalı və bundan sonra o, həbs edilərək həbsxanalardan birinə göndərilməli idi", -deyə DİN rəhbəri bildirib. R. Usubov həmçinin, qeyd edib ki, Bakıya qayıdacağı ehtimal edilən gün H.Əliyev adlına beynəlxalq hava limanına ADP-nın sədrinin iki vəkili də dəvət edilmişdi.

"Biz bu gün də R,Quliyevi həbs etməyə hazırıq", -deyə DİN rəhbəri bildirib.

"Bakı küçələrinə tankların və zirehli texnikanın çıxarılmasına nə ehtiyac vardı?" sualına cavab verən R. Usubov bəyan edib ki, bu addım ADP sədrinin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısının alınması məqsədilə əsaslandırılır.

"Rəsul Quliyev Bakıya könüllü olaraq özünü ədalət məhkəməsinə təhvil vermək üçün gəlmirdi. O bunu tərəfdarlarını polis kardonunu yararaq onun həbs olunmasına imkan verməyəcəyi ümidilə edirdi. Sonra isə necə deyərlər, "xalqın əli ilə" onun hakimiyyətə gətirilməsi planlaşdırılmışdı. DİN rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı müxalifətin çağırışlarını dəstəkləmədi və bu da planın alt-üst olması ilə nəticələndi.

Xəbər lenti

Xəbər lenti