...

Elmar Məmmədyarov: ABŞ Milli Demokratiya İnstitutuna parlament seçkilərinin monitorinqində iştirak etməyə icazə verilib

Siyasət Materials 29 Oktyabr 2005 13:12 (UTC +04:00)

ABŞ Milli Demokratiya İnstitutuna (NDI)Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqində iştirak etmək üçün rəsmi icazə verilib. Bu barədə Trend in müxbirinin suallarına cavab verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Mən şəxsən özüm artıq NDI -nin ünvanına göndərilən müvafiq dəvəti imzalamışam. Onların seçkilərin monitorinqində iştirak etməsilə bağlı heç bir məhdüdiyyət yoxdur", -deyə nazir bildirib və bu zaman onda olan məlumatlara görə NDI nümayəndələrinin Bakıya öz nümayəndə heyətlərini göndərəcəklərini qeyd edib. "Lakin müşahidəçiləri sayı barədə hələlik məlumat yoxdur".

Xəbər lenti

Xəbər lenti