...

Macarıstan milli təhlükəsizlik xidmətinin direktoru: Azərbaycan və Macarıstan qlobal terrorizmə qarşı qüvvəsini birləşdirməlidir

Siyasət Materials 29 Oktyabr 2005 13:51 (UTC +04:00)

Azərbaycan və Macarıstan terrorizm, narkotiklərin qaçaqmalçılığı, kütləvi qırğın silahının yayılması kimi qlobal cinayətlərə qarşı mübarizədə öz qüvvəsini birləşdirməlidir.Bu barədə Macarıstan milli təhlükəsizlik xidmətinin direktoru, general-mayor Layoş Qalanboş AR xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bəyan edib.Bu barədə Trend ə XİN mətbuat mərkəzində bildirilib.

O, AR Silahlı Qüvvələrinin Əfqanıstan və İraqdakı sülhməramlı əməliyyatlrda iştirakını yüksək qiymətləndirib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın Macarıstanda səfirliyinin açılması iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir edib və o, bu işdə köməyinə görə Macarıstan tərəfinə öz təşəkkürünü bildirib.Nazir vurğulayıb ki, Azərbaycanın və Şərqi Avropa ölkələrinin, o cümlədən Macarıstanın tarixində oxşar məqamlar çoxdur.

Nazir qonağın diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ölkənin əsas problemidir.O, qeyd edib ki, qlobal terrorizm kimi problemlərin aradan qaldırılması üçün birgə səylərlə çalışmaq lazımdır.E.Məmmədyarov həmçinin əczaçılıq, turizm və kənd təsərrüfatı kimi sahələrdə Macarıstanın zəngin təcrübəsi olduğunu qeyd edib və bildirib ki, bu təcrübə Azərbaycan üçün faydalı ola bilər.

Xəbər lenti

Xəbər lenti