...

AQTETM üzvü ölkələrinin nümayəndələri regionda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksini müzakirə edəcək

Siyasət Materials 29 Oktyabr 2005 14:25 (UTC +04:00)

Hərbi-siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə regionda təhlükəsizlik və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi Asiyada qarşılıqlı təsir və etimad tədbirləri üzrə Müşavirə (AQTETM) dövlətləri nümayəndələrinin növbəti iclasında müzakirə ediləcək. Bu barədə Trend ə AR XİN-də bildirilib.

Xüsusi işçi qrupun və Komitənin vəzifəli şəxslərinin noyabrın sonunda keçirilməsi planlaşdırılan iclasında təşkilatın işçi sənədləri işlənib-hazırlanacaq.İclasda həmçinin Katiblik haqqında əsasnamə layihəsi və ötən ilin oktyabrında Alma-Atada xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş etimad tədbirləri Kataloqunun gerçəkləşdirilməsi mexanizmləri üzərində işlərin davam etdirilməsi planlaşdırılır.

Azərbaycan iclasda XİN başçısının müavini Araz Əzimov və XİN ekspertləri səviyyəsində təmsil olunacaq.

AQTETM 1992-ci ildə Qazaxıstan prezidenti H.Hazapbayevin təşəbbüsü ilə yaradılıb. AQTETM dövlət və hökumət başçılarının ilk sammiti 2002-ci ilin iyununda keçirilib.Təşkilata 16 dövlət - Əfqanıstan, Azəpbaycan, Misir, Hindistan, İspail, İpan, Qazaxıstan, Çin, Qırcızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Tüpkiyə, Özbəkistan daxildir.Təşkilatda müşahidəçi statusuna İndoneziya, Malayziya, ABŞ, Cənubi Kopeya, Yaponiya, Ukpayna, Iyetnam malikdir. AQTETM-də BMT, ATƏT, Ərəb dövlətləri birliyi kimi bir sıra beynəlxalq təşkilatlar da təmsil olunub.

Xəbər lenti

Xəbər lenti