...

MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası Moskvada keçiriləcək

Siyasət Materials 29 Oktyabr 2005 14:46 (UTC +04:00)

Noyabrın 30-da Moskvada MDB iştirakçıları olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Beynəlxalq terrorizm, transmilli xarakterli terrorçuluq fəaliyyəti təhlükəsinin artması, terrorizmlə mübarizə üzrə birgə tədbirlərin beynəlxalq sisteminin yaradılması üzrə səylərin birləşdirilməsi və ekstremizmin digər təzahürlərinin meydana çıxması iclas iştirakçılarının diqqət mərkəzində olacaq.

İclasda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin iştirakı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti