...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 31 Oktyabr 2005 11:48 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (24-28 oktyabr) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin bir bareli $52,91 təşkil edib ki, bu da oktyabrın 17-21-də olan orta qiymətdən $0,47 və ya 0,9% azdır.

Trend in məlumatına görə, oktyabrın 24-dən 28-nə kimi URAL neftinin bir bareli $54,05 (26 oktyabr) təşkil edib ki, bu da neftin bu növünün oktyabrın 17-də müəyyən olunan 17-21 oktyabrdakı ən son qiymətdən $1,21 azdır. Ötən həftə (24-28 oktyabr) URAL neftinin bir barelinin qiyməti $51,99 (24 oktyabr) təşkil edib ki, bu da oktyabrın 21-də müəyyən edilən minimal qiymətdən $0,55 çoxdur.

Ötən həftə Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $58,62 təşkil edib ki, bu da 17-21 oktyabrdakı orta qiymətdən $0,63 və ya 1% çoxdur.

Ötən həftə (26 oktyabr) Brent neftinin bir barel üçün maksimal qiyməti $60,11 təşkil edib ki, bu da oktyabrın 21-də bu növ üçün müəyyən olunan son qiymətdən $0,65 çoxdur. Ötən həftə(24-28 oktyabr) Brent neftinin bir barel üçün minimal qiyməti $57,74 (24 oktyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə oktyabrın 21-də müəyyən edilən minimal qiymətdən $0,99 çoxdur.

Ötən həftə Brent-ə nisbətən URAL (EX-NOIO) neftinin bir bareli $5,71 ucuz satılıb ki, bu da bundan əvvəlki həftənin (17-21 oktyabr) orta göstəricidən $1,1 çoxdur.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, tərkibindəki kükürd isə 1,3% təşkil edir. DTD -nin sıxlığı API üzrə 38,3 dərəcə, tərkibindəki kükür isə 0,36% təşkil edir.

Noyabr ayında Azərbaycan Novorossiysk limanından 400 min ton Ural nefti yükləyəcək. Noyabrın 12-13-də N1 körpüsündən 145 min ton neft yüklənəcək. N2 körpüsündən hər birində 85 min ton olmaqla üç partiya yüklənəcək (18-19, 24-25, 29-30 noyabr). Novorossiyskdən Azərbaycan neftini AR DNŞ və "Azəri-Çıraq-Günəşli" yatağından xammal hasil edən ABƏŞ yükləyəcək. Noyabrda 400 min ton neftin 315 min tonunu ABƏŞ-in, 85 min tonunu isə ARDNŞ-in yükləyəcəyi gözlənilir. Oktyabrda ARDNŞ tenderlərdə Novorossiyskdən 227 min ton Ural nefti (2 partiya: Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton)) satıb.

Xəbər lenti

Xəbər lenti