...

Vertolyotun "qara qutu"sunun şifri açılmış məlumatları noyabrın əvvəllində məlum olacaq

Siyasət Materials 31 Oktyabr 2005 12:51 (UTC +04:00)
Vertolyotun "qara qutu"sunun şifri açılmış məlumatları noyabrın əvvəllində məlum olacaq

Oktyabrda Göyçay rayonunda qəzaya uğramış Rusiyanın KA-32 venrtolyotunun şifri açılmış məlumatlarının nəticələri noyabrın ilk ongünlüyündə məlum olacaq. Bu barədə AZAL Dövlət Konserinin sədr müavini Sabir İlyasov Trend ə məlumat verib.

Onun sözlərinə görə, Moskva və Krasnodardan gələn komissiya Yevlax rayonunda olub. "Rusiyanın KA-32 vertolyotunun aşkar edilmiş "qara qutu"sundakı məlumatlarının şifrinin açılması üçün Moskvaya aparılıb. Azərbaycanda həmin qutunun şifrinin açılması üçün avadanlıq yoxdur. Bizdə KA-32 tipli vertolyotlardan istifadə olunmur və buna görə də "qara qutu"nu Rusiyaya göndərdik ", - deyə o bildirib.

S.İlyasov məlumat verib ki, "qara qutu" analiz olunacaq və bundan sonra onun nəticələri ictimaiyyətə çatdırılacaq. Bizim fikrimizcə, qəzaya səbəb texniki nöqsanlar olub ", - deyə o bildirib.

Rusiyanın Trabzon-Cəncə- Türkmənbaşı və daha sonra İslamabad marşrutu ilə hərəkət edən marşrutu Azərbaycanın Gəncə rayonundakı hava limanında yanacaq doldurub. Lakin şənbə günü axşam yerə enərkən Göyçay rayonunda qəzaya uğrayıb. Nəticədə vertolyot tamamilə yanıb, Rusiya vətəndaşları olan 5 heyət üzvü həlak olub.

Xəbər lenti

Xəbər lenti