...

Azərbaycanın öz ərazisində xarici dövlətin qoşunlarını yerləşdirməklə bağlı planları yoxdur

Siyasət Materials 31 Oktyabr 2005 13:17 (UTC +04:00)

"Azərbaycanda hər hansı bir dövlətin qoşunu və ya əsgəri yoxdur. Bu bizim gələcək planlarımıza da daxil deyil". Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünya mətbuatında ölkə ərazisində hər hansı bir hərbi kontingentin və ya hərbi bazanın yerləşdiriləcəyi barədə dərc olunan məlumatlarla bağlı Türkiyənin KİV-ə şərh edərkən bildirib.

"Mən dəfələrlə belə planların olmadığını və bu məsələnin müzakirə olunmadığını rəsmi şəkildə bəyan etmişəm. Amerikanın yüksək vəzifəli məmurları bu məsələdə eyni mövqedən çıxış edirlər. Görünür, bu məsələ ilə maraqlanan tərəflər sadəcə olaraq onu süni şəkildə şişirtmək istəyirlər. Təkrar edirəm, bu məsələ müzakirə olunmur", - deyə o bildirib.

İ.Əliyev, həmçinin, respublikanın NATO ilə uğurlu əməkdaşlığından məmnun olduğunu4 bildirib. "Biz on il ərzində biz demək olar kğ, "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçısı olmuşuq və hazırda yeni əməkdaşlıq proqramında iştirak edir. Artıq "Fərdi əməkdaşlıq fəaliyyəti planı" təqdim olunub. Azərbaycanla NATO arasında əməkdaşlığın yeni mərhələsi başlayır", -deyə o əlavə edib. Azərbaycanın NATO-ya daxil olması barədə suala cavab verərkən dövlət başçısı bildirib ki, "biz bütün bu məsələlərə real nöqteyi-nəzərdən yanaşırıq". "Biz öz imkanlarımızı və regionda cərəyan edən prosesləri bilirik. Bilirik ki, digər nüfuzlu təşkilata üzvlük bir gün ərzində həll olunan məsələ deyil. Lakin Azərbaycanın normal əməkdaşlığının müəyyən edilməsi üçün çox böyük addımlar atılır. Bizim Avropa Birliyinə, Nato ilə əməkdaşlığımız çox yüksək səviyyədədir və bizi qane edir ".

əsmi Bakının Kipr türklərinin blokadasının aradan qaldırılması ilə bağlı atdığı addımlarla əlaqədar suala cavab verən İ.Əliyev bildirib: "Biz hər şeyin ədalətlə həll olunmasını istəyirik. Biz hamımız yaxşı bilirik ki Kiprdə keçiriləne referendum zamanı Kipr türkdəri ölkənin birləşdirilməsi, digər tərəf isə bunun əleyhinə səs vermişdi. O zaman BMT və digər təşkilatlar bu təcridə son qoymaqla bağlı təkliflər vermişdilər. Əslində belə də olmalıdır". Prezidentin sözlərinə görə, Azərbaycandan sonra, ilk növbədə türkdilli dövlətlər, daha sonra isə İslam Konfransı Təşkilatı belə addımlar atmalıdırlar".

Xəbər lenti

Xəbər lenti