...

İlham Əliyev: Dağlıq Qarabağ nə Ermənistana birləşəcək, nə də müstəqil qurum olacaq

Siyasət Materials 31 Oktyabr 2005 13:56 (UTC +04:00)

"Mən ümd edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaşqişəsinin südlh yolu ilə həll olunmasına üzrə danışıqlar müsbət nəticələr verəcək". Trend in xəbər verdiyi kimi, bu barədə İlham Əliyev Türkiyə KİV-nə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsə və bu məsələ ilə məşğul olan, vasitəçilik missiyasını üzərinə götürən qurumlar daha da fəal olsa, sülh sazişinə nail oluna bilər.

"Hər halda biz sülh danışıqları aparırıq. Bu o deməkdir ki, ümidlər hələ var, tükənməyibdir. Ancaq bu danışıqlar 10 ildən artıqdır ki, aparılır və ortada bir nəticə yoxdur. Bizim mövqeyimiz həmişə birmənalı olmuşdur və bu beynəlxalq hüquqa əsaslanan bir mövqedir. Yəni ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxmalıdır və bizim soydaşlarımız, bir milyondan artıq qaçqın, köçkün öz doğma torpaqlarına qayıtmalıdır.

İ.Əliyevin sözlərinə görə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi də müzakirə oluna bilər. Bu mövqe beynəlxalq normalara əsaslanır və bu normaların tətbiq olunması hər bir münaqişənin nizama salınmasında başlıca şərtdir. Ermənistanın mövqeyi beynəlxalq hüquqa tamamilə zidd bir mövqedir. Heç bir beynəlxalq hüquq normalarına əsaslanmayan mövqedir. Onlar Dağlıq Qarabağa müstəqillik istəyirlər. Onlar tərəfindən göstərilən əsas səbəb də odur ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Ancaq biz bilirik ki, ermənilər müxtəlif ölkələrdə yaşayırlar. Təsəvvür edin, əgər onlar yaşadıqları bütün ölkələrdə müstəqillik statusu tələb etsələr, nələr baş verər?

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək niyyətindədir. Bundan kənarda heç bir məsələ müzakirə mövzusu deyildir. Dağlıq Qarabağ nə Ermənistana birləşəcək, nə də müstəqil bir qurum olacaq.

Xəbər lenti

Xəbər lenti