...

Hərbi rütbələrin verilməsini hərbi prokuror müəyyən edəcək

Siyasət Materials 31 Oktyabr 2005 16:26 (UTC +04:00)

Hərbi Prokurorluq orqanlarında qulluq edənlərə hərbi rütbə verilməsini, onların ehtiyata və istefaya buraxılmasını hərbi prokuror həyata keçirəcək. Bu barədə Trend ə hərbi prokurorun köməkçisi Əfrahim Təhməzov məlumat verib.

Rütbələrin verilməsi məsələsi hərbi prokurorun təqdimatı əsasında müəyyən ediləcək. Lakin bu rütbələr arasında ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə Azərbaycan Respublikasının baş prokuroru ilə razılaşdırılmaqla hərbi prokuror tərəfindən veriləcək.

Ə.Təhməzov onu da bildirib ki, qanun yenicə qüvvəyə mindiyindən hələlik hərbi prokuror tərəfindən hərbçi statusu müəəyən edilməsi ilə bağlı fakt qeydə alınmayıb. "Bunun üçün sənədlərin toplanması və digər prosedur qaydası var ki, tez bir zamanda həyata keçirmək mümkün deyil" - deyə Ə.Təhməzov bildirib.

Xəbər lenti

Xəbər lenti