...

Eduard Lintner: "Azərbaycanda parlament seçkiləri demokratik keçiriləcək"

Siyasət Materials 31 Oktyabr 2005 18:43 (UTC +04:00)

"Azərbaycanda parlament seçkiləri demokratik səviyyədə keçiriləcək". Trend xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin sədr müavini Eduard Lintner deyib.

Avropalı qonaq qeyd edib ki, bunu deməyə əsas verən seçkiöncəsi vəziyyət və xarici müşahidəçilərin say tərkibidir: "Məlum səbəblər üzündən mən seçkiləri izləyə bilməyəcəyəm. Ancaq ümid edirəm ki, seçkilər beynəlxalq standartlar səviyyəsində keçiriləcək" - deyə qonaq söyləyib.

Eduard Lintner onu da bildirib ki, Azərbaycan parlamentariləri Avropa Şurasında çox fəal olublar. "Biz daim çalışmışıq ki, onlara köməklik göstərək. Avropa Şurası Nazirlər Kabinetinin sənədlərində də göstərilir ki, Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq genişlənir. Bu da onu deməyə əsas verir ki, Avropa Şurası Azərbaycanı hər bir sahədə dəstəkləyir".

E.Lintner onu da vurğulayıb ki, bütün bunlara baxmayaraq ölkədə hüquqi islahatlar daha da sürətləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti