...

484 nəfər namizəd seçki prosesindən kənarlaşıb

Siyasət Materials 31 Oktyabr 2005 19:51 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkisində iştirak edən namizədlərdən 484 nəfəri seçki prosesindən kənarlaşıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. 484 nəfərdən 9 nəfərin namizədliyi məhkəmələr tərəfindən ləğv olunub. Qalan 475 nəfər özü könüllü şəkildə namizədliyi geri götürüb.

Qeyd edək ki, dairə seçki komissiyaları tərəfindən ümumilikdə 2063 nəfərin namizədliyi qeydə alınmışdı. Seçki prosesindən kənarlaşan namizədlərin sayı səsvermə gününə qədər arta bilər. Çünki dairə seçki komissiyaları qanun pozuntularına yol verən namizədlərin barəsində Apellyasiya Məhkəməsinə təqdimat verib həmin şəxslərin namizədliyinin ləğv olunmasını tələb edə bilər. Həmçinin namizədliyini geri götürmüş və ləğv olunmuş şəxslər barəsində dairə seçki komissiyalarından məlumatlar MSK-ya daxil olmaqda davam edir. Hələlik qeydiyyatda qalan namizədlərin sayı 1579 nəfərdir.

Xəbər lenti

Xəbər lenti