...

Media Blokunun üzvü Xoşqədəm Baxşəliyevanın namizədliyi ləğv olunub

Siyasət Materials 31 Oktyabr 2005 19:55 (UTC +04:00)

Oktyabrın 31-də Apellyasiya Məhkəməsi 119 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizəd "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyevanın namizədliyini ləğv edib. Trend in məlumatına görə, bu qərar 119 saylı dairə seçki komissiyasının müraciəti əsasında çıxarılıb. Hakim Salman Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dairə seçki komissiyasının müraciətinə baxılıb və X.Baxşəliyevanın namizədliyinin ləğv olunmasına dair şikayət təmin olunub.

Qeyd edək ki, X.Baxşəliyeva "Müstəqil Media-2005" Seçki Blokunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti