...

Almaniya parlamentinin deputatı: "Azərbaycanın seçki təcrübəsində irəliləyişlər hiss olunur"

Siyasət Materials 1 Noyabr 2005 11:14 (UTC +04:00)

"Azərbaycanın seçki təcrübəsində irəliləyişlər hiss olunur". Bu barədə Trend ə Bakıda səfərdə olan Almaniya parlamentinin deputatı Verner Münx bəyan edib.

V.Münx bildirib ki, o, Azərbaycanda siyasi prosesləri izləməyə başlayıb. Ancaq real vəziyyəti mühakimə etmək fikrində olmadığını qeyd edib. Avropalı parlamentari onu da bildirib ki, "Seçki və insan hüquqları" ilə bağlı hesabatda 2000-ci il parlament seçkilərində bir sıra neqativ hallar göstərilsə də, builki seçkilərə Azərbaycan tam demokratik şəraitdə hazırlaşır: "Bütün bunlara baxmayaraq Azərbaycanda islahatlar lazımdır".

"Mən Azərbaycanda seçkilərlə bağlı yetkin məlumat ala bilmirəm", - deyən V.Münx bunu müxtəlif mənbələrin verdiyi informasiyaların rəngarəngliyi ilə əlaqələndirib: "Mərkəzi Seçki Komissiyası bir, "Aqo" qrupu ilə digər mənbə isə müxtəlif məlumatlar verir. Lazım idi ki, özüm gəlib prosesləri yerində müşahidə edəm. Qənaətim budur ki, Azərbaycan bu məsələdə təcrübə toplayır".

Xəbər lenti

Xəbər lenti