...

Səsvermədə seçici vəsiqəsindən istifadə olunmayacaq

Siyasət Materials 1 Noyabr 2005 14:13 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkilərində səsvermə günü istifadə olunması nəzərdə tutulan seçici vəsiqələri artıq qüvvədən salınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Prezident İlham Əliyevin 25 oktyabrda verdiyi seçki ilə bağlı son sərəncamından sonra MSK seçici vəsiqələrinin artıq səsvermə üçün lazım olan sənəd sayılmaması qərarına gəlib. Qeyd edək ki, səsvermə günü vətəndaşlar seçki məntəqələrinə gedərkən şəxsiyyəti təsdiq edən vəsiqə ilə bərabər mütləq seçici vəsiqəsini də götürməli idi. Lakin ölkə vətəndaşlarına seçici vəsiqələrinin paylanmasında bir sıra problemlər var idi və bu nöqsan prezident İlham Əliyev tərəfindən də qeyd edilib. Həm vətəndaşların hamısına seçici vəsiqələrinin paylanmamasını, həm bu məsələdə saxtakarlıqlara yol verildiyini, həm də seçicilərin barmaqlarına mürəkkəb vurulacağını nəzərə alaraq, MSK artıq seçici vəsiqələrini qüvvədən salıb.

MSK həm də seçiciləri çox sayda sənədlərlə yükləmək və səsvermədə tətbiq olunan proseduralarla onları yormamaq üçün bu qərara gəlib. Bütün vətəndaşların seçici vəsiqələri ilə tam təmin olunmaması problemi də bu yolla aradan qalxmış olur.

Xəbər lenti

Xəbər lenti