...

Elmar Məmmədyarov AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsinin sədrinin müavini qəbul edilib

Siyasət Materials 1 Noyabr 2005 19:32 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyağrın 1-də AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsinin sədrinin müavini Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-nin mətbuat xidmətindən bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən nazir problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü hesaba alınmaqla mümkün olduğunu qeyd edib. Enyi zamanda, E.Məmmədyarov bildirib ki, Praqa danışıqlar prosesi münaqişəonin həlli yollarını özündə əks etdirir.

"Əvvəlcə Dalıq Qarabağ ətrafındakı işğal olunan ərazilər azadl olunmalı, qaçqınların və məcburi köçkünlərin doğma evlərinə qayıtması, bu rayonlara bütün nəqliyyat və kommunikasiya vasitələrinin bərpa olunması daxil olmaqla daha sonra bir sıra komponentlər müzakirə olunmalıdır. Bütün yuxarıda sadalananlar, Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, Dağlıq Qrarabağın "qanuni yolla" statusunun müəyyən olunması üçün "əlverişli mühit" yarada bilər.

"Bu gün Şimali Qafqazda, eləcə də bütün Qafqaz regionunda sülhün və sabitliyin təminatı Rusiyanın özünün də dövlət maraqlarına cavab verir", - deyə nazir bildirib.

Noyabrın 6-da keçirilməsi parlament seçkilərindən danışarkən nazir bildirib ki, Azərbaycan hökuməti seçkilərin açıq, ədalətli və demokratik keçirilməsində maraqlıdır.

Öz növbəsində, E. Lintner sentyabrda Almanyiada keçirilən seçkilərin nəticələrinin bu ölkədə yaratdığı vəziyyfət barədə danışıb.

Xəbər lenti

Xəbər lenti