...

Parlament seçkilərinin monitorinqini aparmaq məqsədilə Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsinin yekun qiymətləndirilməsi üzrə həmmüəllifi Bakıya gələcək

Siyasət Materials 2 Noyabr 2005 12:02 (UTC +04:00)

Parlament seçkilərinin monitorinqini aparmaq məqsədilə Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsinin yekun qiymətləndirilməsi üzrə həmmüəllifi VK-nın macarıstanlı üzvünü əvəz edən Pyotr Patsolay Bakıya gələcək. Bu barədə Trend AŞ PA-nın Strasburqdakı katibliyinə istinadən məlumat verir.

P.Patsolay noyabrın 6-da səsvermənin gedişini izləyəcək AŞ-nin monitorinq komitəsinin nümayəndə heyətinə daxildir.

Hollandiyalı parlamentari Leo Platvoyedin rəhbərlik etdiyi qrup 46 nümayəndədən ibarətdir.

Nümayəndə heyətinin tərkibinə sosialistlər qurpunun 13 parlamentarisi, o cümlədən AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Qross, Avropalılar Partiyasının 17 üzvü, o cümlədən AŞ PA-nın Azərbaycan üzrə ikinci həmməruzəçisi Andreas Herkel, Liberallar və Demokratlar Alyansı fraksiyasının 7 üzvü, Avropa demokratları qrupunun 5 üzvü, Avropa Solçular Birliyinin 2 üzvü, o cümlədən Kiprin yunan icmasının nümayəndəsi Doros Kristodoulide, AŞ-nin Venesiya Komissiyasının 2 nümayəndəsi və VK-nın administratoru Sergey Kuznetsov daxildirlər.

Nümayəndə heyətini AŞ PA katibliyinin 5 nümayəndəsi müşayiət edəcək.

Xatırladaq ki, Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə dair VK-nın ATƏT-in DTİHB nümayəndələri ilə birlikdə ekspertlər Rumen Maleyev (ATƏT DTİHB), Corc Nolte (VK-nın almaniyalı üzvünü əvəz edir) və Pyotr Patsolayın şərhləri əsasında hazırladığı rəy oktyabrın 31-də açıqlanıb.

Xəbər lenti

Xəbər lenti