...

Rino Harniş: Azərbaycan prezidentinin sərəncamı müsbət qiymətləndirilməlidir

Siyasət Materials 2 Noyabr 2005 12:26 (UTC +04:00)
Rino Harniş: Azərbaycan prezidentinin sərəncamı müsbət qiymətləndirilməlidir

Azərbaycan prezidentinin 25 oktyabr tarixli sərəncamı müsbət və irəliyə addım kimi qiymətləndirilməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş ölkə başçısının parlament seçkilərinə hazırlıq və keçirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında sərəncamını şərh edərkən bildirib.

Əgər qərar düzgün yerinə yetirilsə, bu, bir sıra məsələlərin həllinə imkan verəcək. Əgər barmaqların mürəkkəbə batırılması prosesi düzgün həyata keçirilsə, seçki vərəqələrinin təkrar istifadəsinin qarşısı alınacaq. Prokurorluq daxil olan şikayətləri vaxtında və düzgün yoxlasa, seçki dairələrində rəsmi nümayəndələr Seçki Məcəlləsində pozuntulara yol verilməməsi ilə bağlı xəbərdarlığı ciddi qəbul edərdilər.

"Hələlik həll olunmamış bir sıra problemlər var və ümid edirəm ki, hökumət bu məsələ ilə məşğul olacaq. Prezident tərəfindən qərarların qəbul olunmasına baxmayaraq icra hakimiyyəti başçıları və nümayəndələrinin namizədlərə təzyiqlər göstərdiklərinə dair məlumatlar daxil olur. Belə faktlar öyrənilməli və günahkarlar cəzalandırılmalıdırlar", - deyə diplomat qeyd edib.

"Azadlıq" blokunun noyabrın 4-də konsert-mitinq keçirməsinə meriyanın icazə verməməsi ilə əlaqədar səfir bildirib ki, bu məsələdə muxalifət və iqtidar razılığa gəlməli, narahatlıq doğuran problemlər isə vaxtında həll edilməlidir.

Xəbər lenti

Xəbər lenti