...

Azərbaycan Milli Demokrat Partiyası Avropa Şurası və ATƏT-ə müraciət edib

Siyasət Materials 2 Noyabr 2005 12:53 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) ATƏT və Avropa Şurasının Bakı ofislərinin rəhbərlərinə müraciət edib". Bu barədə Trend agentliyinə AMDP sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

Müraciətin edilməsinə səbəblərdən biri də partiyanın Rəsul Rza küçəsi 96 ünvanda yerləşən qərargahdan çıxarılması və bugünədək qərargahla təmin edilməməsidir: "Qərargah problemi yarandıqdan sonra partiyanın İcra Aparatı buraxılıb. Partiyanın sədri İsgəndər Həmidov yeni aparat formalaşdırır".

O.Xəlilli onu da bildirib ki, partiyanın Siyasi Şurası həftədə iki dəfə İsgəndər Həmidovun mənzilində yığıncaq keçirmək məcburiyyətində qalıb: "Seçkidən sonra müvafiq dövlət orqanları qarşısında etiraz aksiyaları keçirəcəyik". O.Xəlilli onu da əlavə edib ki, R.Rza 96 ünvandan çıxarılmaq barədə göstəriş Daxili İşlər Nazirliyinin yüksək rütbəli bir şəxsi tərəfindən verilib: "Bir ara istədik ki, bu orqan qarşısında da etiraz aksiyası keçirək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti