...

Lənkəranda elektrik təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülür

Siyasət Materials 2 Noyabr 2005 13:38 (UTC +04:00)

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə " sərəncamına və "Cənub regionlarının sossial -iqtisadi inkişafının sürətləndirlməsi üzrə əlavə tədbirlər barədə" əmrə müyvafiq olaraq Lənkəranda müvafiq tədbirlər həyata keçirilir. Lənkəran İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, Separadi kəndində əhaliyə elektrik enerjisinin verilməsini yaxşılaşdırmaq üçün 110/35 kilovoltluq yarımstansiyanın tikintisi başa çatıb və bu obyektin artıq noyabrda istismara veriləcəyi planlaşdırılıb.

Lənkəranda sıradan çıxmış 25 transformator yeniləri ilə əvəz edilib, 75-i isə təmir olunaraq istismara verilib.

Rayonda, həmçinin, 220 elektrik dirəyi və uzunluğu 8,5 km olan elektrik naqili dəyişdirilib.

Ehtimal edilir ki, gələn ay Astara rayonundakı gücü 90 Meqavatt olan 10-cu modul elektrik stansiyasının tikintisi başa çatacaq ki, bu da Lənkəran rayonunun elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmağa imkan verəcek.

Xəbər lenti

Xəbər lenti