...

Azərbaycan səfiri: qarşıdakı seçkilər demokratiyanın yetkinliyinə imtahandır

Siyasət Materials 2 Noyabr 2005 14:23 (UTC +04:00)

(RİA Novosti) Azərbaycanda qarşıdakı parlament seçkiləri bu ölkədə demokratiyanın yetkinliyinə imtahandır. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev müsahibəsində bildirib.

"Bu, İlham Əliyevin Azərbaycan perzidenti olduğu dövrdə keçirilən ilk parlament seçkiləridir. Beynəlxalq ictimaiyyət tərəfindən bu seçkilərə böyük maraq ifadə olunur. Bu seçkiləri müşahidə etmək üçün artıq 1500 beynəlxalq müşahidəçinin, o cümlədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 663 nümayəndəsinin, MDB-nin 168, AŞPA-nın 51, eləcə də 20-dən artıq .lkə və milli təşkilatın nümayəndəsinin ölkəyə gəldiyini demək kifayətdir. Bundan əlavə, seçkilərdə 25 KİV-dən 115 xarici jurnalist iştirak edəcək ", - deyə o bildirib.

Bunula əlaqədar səfir bildirib ki, "bu gün Azərbaycandakı seçki kampanyiasının və hakimiyyətin fəaliyyətinin bütün nüanslarının diqqətlə izlənildiyi dünya KİV və beynəlxalq təşkilatları tərəfindən diqqətlə izlənildiyini desək şişirtmərik". "Buna görə də Azərbaycandakı seçki prosesinin demokratiyanın yetkinliyinə ciddi imtahandır və hökumət seçkilərin ədalətli və demokratik şəraitdə keçməsinə böyük əhəmiyyət verir ", - deyə səfir qeyd edib.

Rizayev, həmçinin, əmin olduğunu bildirib ki, "seçkilərin məhz belə keçməsi üçün hökumət əlindən gələni edəcək".

Xəbər lenti

Xəbər lenti