...

Ayaz Mütəllibov seçiciləri ilə selektor vasitəsilə sonuncu görüşünü keçirib

Siyasət Materials 2 Noyabr 2005 16:09 (UTC +04:00)

"Ayaz Mütəllibov selektor vasitəsilə seçicilərlə sonuncu görüşünü keçirib". Bu barədə Trend agentliyinə A.Mütəllibovun Mərkəzi Seçki Qərargahının rəhbəri Tofiq Əhmədov bildirib.

Qeyd edək ki, 12 il Moskvada mühacir olan Azərbaycan Sosial Demokrat partiyasının həmsədri Ayaz Mütəllibovun namizədliyi 17 saylı Yasamal birinci seçki dairəsindən qeydə alınıb.

T.Əhmədov bildirib ki, adıçəkilən seçki dairəsinin rəhbərliyi tərəfindən təklif edilən bütün ünvanlarda A.Mütəllibov öz seçiciləri ilə görüşüb: "Sonuncu - üçüncü görüş noyabrın 2-də 3 saylı poliklinikada olub. Selektor vasitəsilə seçiciləri ilə ünsiyyət saxlayan Ayaz Mütəllibov onalar bir sıra tövsiyyələrini verib, seçiciləri maraqlandıran sualları cavablandırıb".

T.Əhmədov onu da bildirib ki, ilk görüş oktyabrın 22-də Əbilov adına mədəniyyət sarayında, ikinci görüş oktyabrın 30-da Uşaq Filarmoniyasında keçirilib.

Xəbər lenti

Xəbər lenti