...

Tatyana Mışelyova: Venesiya komissiyası və ATƏT-in Azərbaycanın Seçki Məcəlləsinə dair son birgə qiymətləndirmə mətninə dəyişiklik edilməyəcək

Siyasət Materials 3 Noyabr 2005 11:29 (UTC +04:00)
Tatyana Mışelyova: Venesiya komissiyası və ATƏT-in Azərbaycanın Seçki Məcəlləsinə dair son birgə qiymətləndirmə mətninə dəyişiklik edilməyəcək

Avropa Şurası Venesiya komissiyası (VK) hazırkı mərhələdə VK və ATƏT-in Azərbaycanın Seçki Məcəlləsinə dair VK-nin 64-cü plenar sessiyasında (21-22 oktyabr) qəbul edilmiş son birgə qiymətləndirmə mətninə dəyişiklik edə bilməyəcək.Bu barədə Trend ə VK katibliyinin nümayəndəsi, mətbuatla əlaqələr üzrə məsul Tatyana Mışelyova Azərbaycan prezidenti İlham Əliyevin "Parlament seçkilərinə hazırlıq və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr tarixli sərəncamının müddəalarının nəzərə alınması ilə bağlı olaraq qiymətləndirmə mətninə dəyişikliklər edilməsi imkanını şərh edərkən bildirib.

"Venesiya komissiyasının müstəqil qərara hazırlıq barədə təşəbbüs hüququ yoxdur.Bunun üçün Azərbaycan hakimiyyətindən yaxud AŞPA-dan konkret tələb alınması zəruridir" -deyə T. Mışelyova bildirib və qeyd edib ki, VK Azərbaycan üzrə hər-hansı yeni qərarlar qəbul etməyi planlaşdırır.

VK nümayəndəsi qeyd edib ki, seçkilər günü mürəkkəbdən istifadə olunması müsbət addımdır, amma bu VK-nin son qiymətləndirmə mətnində əhatə olunan tövsiyələrdən yalnız biridir.

"Azərbaycan prezidentinin sərəncamında VK və ATƏT-in təkliflərinin müəyyən hissəsi nəzərə alınır, eyni zamanda Venesiya komissiyasının tövsiyələri yalnız səsvermə günü mürəkkəbdən istifadə ilə bitmir" -deyə T.Mışelyova vurğulayıb.

VK-nin iki nümayəndəsinin (seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov və VK-nin Macarıstandan olan üzvü Pyotr Pasolay) Bakıya qarşıdakı səfəri barədə danışarkən T. Mışelyova bildirib ki, AŞPA-nın parlament seçkilərinin monitorinqinin yekunlarına əsasən VK tərəfindən Azərbaycan üzrə hər hansı yeni sənəd hazırlanmayacaq, belə ki, seçkilərin müşahidəsində VK nümayəndələrinin AŞPA nümayəndə heyəti ilə seçkilərin keçirilməsinin hüquqi aspektləri üzrə məsləhətləşmələrə konkret mandatı vardır.

" Bizdən Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdilər və biz bunu etdik. Biz mövqelərimizin uyğun olmadığı məqamlara əsasən əməkdaşlığımızın davamına ümid edirik" -deyə AŞ Venesiya Komissiyasının nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti