...

İran rəhbərliyi Azərbaycan rəhbərliyini Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 3 Noyabr 2005 12:29 (UTC +04:00)

İran rəhbərliyi Azərbaycan rəhbərliyini Ramazan bayramı münasibətilə təbrik edib. İranın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, İran prezidenti Mahmud Əhmədinecat, İslam Şurası məclisinin sədri Qulaməli Həddad Adil və xarici işlər naziri Manuçöhr Mottaki öz azərbaycanlı həmkarlarına təbrik teleqramları göndərib.

Prezident İlham Əliyevə, Milli Məclisin sədri Murtuz Ələsgərov və XİN başçısı Elmar Məmmədyarova göndərilmiş məktublarda ölkə rəhbərliyinə və Azərbaycan xalqına təbrik bildirilir. İranın rəhbər şəxsləri əmin olduğunu bildirir ki, dünyanın müsəlman xalqlarının bir-birinə yaxınlaşması və müqəddəs Qurana əsaslanması ilə İslam dünyasının inkişafı üçün zəmin yaranacaq.

Məktublarda həmçinin dini və mədəni əlaqələrin köməyilə iki dövlət arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyi ilə bağlı əminlik qeyd olunur.

Xəbər lenti

Xəbər lenti