...

Osman Gündüzün namizədliyi ləğv olunub

Siyasət Materials 3 Noyabr 2005 13:48 (UTC +04:00)

109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Osman Gündüzün namizədliyi noyabrın 3-də Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunub.

Bu barədə Trend ə Osman Gündüzün özü məlumat verib. Qeyd edək ki, 109 saylı Dairə Seçki Komissiyası Osman Gündüzün namizədliyinin ləğv olunması üçün Apellyasiya Məhkəməsinə müraciət edib. Əsas kimi isə onun barəsində vətəndaşlar və namizədlər tərəfindən şikayətlərin edilməsi göstərilib. Şikayətçilər Osman Gündüzü seçicilərə pul paylamaqda, pul vəd edərək səs toplamağa çalışmaqda günahlandırıblar.

Hakim Salman Babayevin sədrliyi ilə keçən məhkəmə iclasında bir neçə nəfər şahid dindirilib. Onlar bildiriblər ki, Osman Gündüzün nümayəndələri evlərə gəlib deyiblər ki, bu namizədə səs verməyiniz müqabilində sizə 30 min manat pul verəcək. Şahid ifadələrini dinlədikdən sonra hakim Osman Gündüzün namizədliyinin ləğvinə dair qərar çıxarıb.

Osman Gündüz isə bildirib ki, onun barəsindəki bu ittihamlar əsassız və absurddur. Onun sözlərinə görə, məhkəmədə şahidlərin çıxışlarının qonadrma olduğu, ifadə verənlərin namizədin səlahiyyətli nümayəndələrini tanımadıqları üzə çıxıb. Osman Gündüz, həmçinin, qeyd edib ki, onun namizədliyinin ləğv olunmasının səbəbi 109 saylı seçki dairəsində ən nüfuzlu namizəd olması və orada seçki günü "exit-poll"ların keçiriləcəyi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti