...

"Mitofski İnternational" şirkətinin rəhbəri "exit-poll"ları heç kimin xeyrinə keçirməyəcəyini bəyan edib

Siyasət Materials 3 Noyabr 2005 14:29 (UTC +04:00)

"Mitofski İnternational" şirkəti heç vaxt heç kimn xeyrinə iş görməyib və bundan sonra da belə olacaq. Bizim Azərbaycanda seçki günü keçirəcəyimiz "exit-poll"un nəticələrin sorğulardan asılı olacaq". Bu fikirləri Trend ə parlament seçkisində "exit-poll" (sorğu vasitəsilə səslərin paralel hesablanması) keçirəcək "Mitofski İnternational" şirkətinin rəhbəri Uorren Mitofski bildirib.

Qeyd edək ki, noyabrın 3-də mətbuat konfransı keçirən "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli bildirib ki, Mitofski şirkətinin keçirəcəyi "exit-poll"ların nəticələrinin düzgün olacağına şübhə ilə yanaşırlar. O, qeyd edib ki, "Mitefski İnternational şirkəti seçkidən sonra Mərkəzi Seçki Komissiyasının nəticələri ilə eyni olan rəy yaradacaq. Ə.Kərimli bu fikrini şirkətin yerli tərəf müqabillərinin mövqeyi ilə əsaslandırıb: "Bizim Mitofski şirkətinin özünə etimadımız var. Lakin onun yerli partnyorlarına etibar etmirik. Çünki onlar dəfələrlə ictimaiyyətə hakimiyyətin xeyrinə olan saxta rəy sorğuları təqdim ediblər. Beynəlxalq şirkət əlbəttə yerli partnyorlarının "exit-poll"da saxtakarlıq edəcəyinə inanmır və saxtakarlıq olunacağını da mümkün saymır. Lakin biz Mitofski şirkətinin keçirəcəyi "exit-poll"ların yerli icraçılarının obyektiv olacaqlarına əmin deyilik"-deyə Ə.Kərimli bildirib.

Uorren Mitofski isə deyib ki, bu şirkət 35 illik beynəlxalq təcrübəyə və ləkəsiz nüfuza malikdir. Təşkilat müxtəlif ölkələrdə 3 minə qədər "exit-poll" keçirib. Şirkət rəhbərinin sözlərinə görə, onların keçirəcəyi səslərin paralel sayılması prosesində rəqəmlər olduğu kimi göstəriləcək: "Bizim nüfuzumuza ləkə vurmaq cəhdləri işimizə və onun nəticələrinə təsir göstərməyəcək və metodlarımızı dəyişməyəcək"-deyə Uorren Mitofski vurğulayıb.

Xəbər lenti

Xəbər lenti