...

502 nəfər namizəd seçki prosesindən uzaqlaşıb

Siyasət Materials 3 Noyabr 2005 14:36 (UTC +04:00)

6 noyabr parlament seçkisində namizədliyi qeydə alınanlardan noyabrın 3-dək 502 nəfəri seçki marafonundan uzaqlaşıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Seçki marafonundan uzaqlaşanların 475 nəfəri özü könüllü şəkildə namizədliyini geri götürüb. 23 nəfərin namizədliyi Apellyasiya Məhkəməsi, 2 nəfərin namizədliyi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Bundan əlavə, namizədliyi qeydə alınanlardan 2 nəfəri vəfat edib. Seçki marafonundan uzaqlaşanların 456 nəfəri kişi, 46 nəfəri isə qadın namizəd olub. Hazırda 125 deputat yeri uğrunda 1561 nəfər mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti