...

Asim Mollazadə: "Əsas Azərbaycanda parlament seçkilərinin tam qiymətləndirilməsidir"

Siyasət Materials 3 Noyabr 2005 16:17 (UTC +04:00)

"Əsas Azərbaycanda parlament seçkilərinin tam qiymətləndirilməsidir. Məhz o zaman seçkilərin Avropa Şurası standartlarına və digər beynəlxalq normalara nə dərəcədə cavab verdiyi müəyyən olunacaq". Bu, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadənin Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı yekun rəyinə dair Trend ə şərhi idi.

O qeyd edib ki, VK-nın qərarı Azərbaycan prezidenti tərəfindən "parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr tarixli sərəncamın imzalanmasından sonra qəbul olunduğundan bu rəyə dəyişikliklər edilməsinə ehtiyac yoxdur.

DİP sədri onu da vurğulayıb ki, qarşıdakı seçkilər kompleks qaydada qiymətləndiriləcək və buna görə də seçkiqabağı kampaniyanın, səsvermənin gedişinin, qanunvericilik bazasının və bütövlükdə monitorinq prosesinin əks olunacağı yekun qiymətləndirməni gözləmək lazımdır.

A.Mollazadə onu da bildirib ki, onun rəhbərlik etdiyi partiya 6 noyabr seçkilərinin yekunları üzrə öz fikrini bildirəcək.

Xəbər lenti

Xəbər lenti