...

İlham Əliyev: Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq

Siyasət Materials 3 Noyabr 2005 19:38 (UTC +04:00)
İlham Əliyev: Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq

Dövlət çevrilişinə cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "ORT" telekanalına müsahibəsində bəyan edib.

"Əgər onlar öz məqsədlərinə nail ola bilsəydilər nə baş verərdi? Ən azı altı-yeddi adam özünü prezident kimi qələmə bilərdi. Mən onların adlarını çəkə bilərəm, lakin siz özünüz bilirsiniz. Və onlar nə edərdilər? Onlar bir-birlərini gülləyərdilər. Bu, 90-cı illərin əvvəllərinə, qanuni hakimiyyətin silahla devrildiyi dövrə qayıdışdır. O vaxt quldur dəstələri küçələrdə gəzirn və zorakılığa təhdid edirdilər. Bunların hamısının qarşısını mən almışam. Gələcəkdə də bunun qarşısı qətiyyətlə alınacaq ", -deyə prezident Əliyev bildirib. O qeyd edib ki, "hakimiyyət hərisliyi o qədər güclüdür ki, adamlar Azərbaycanda ən ağır nəticələrə gətirib çıxara biləcək addımlar atmağa hazırdırlar".

Xəbər lenti

Xəbər lenti