...

Azərbaycan MSK-nın iclası keçirilib

Siyasət Materials 4 Noyabr 2005 18:58 (UTC +04:00)

Trend bildirir ki, noyabrın 4-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK-nın katibi Vidadi Mahmudov bildirib ki, komissiyaya daxil olan şikayətlərə baxılıb. Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bundan başqa, icra orqanlarının nümayəndələrinə müşahidəçi vəsiqələri verilir ki, bu da qanuna ziddir. V.Mahmudov həmçinin hərbi hissələrdə komandirlərin göstərişi ilə hərbi komissiyaların yaradılmasını pisləyib və qanuna zidd adlandırıb. Onun fikringə, bu, hərbçilərin səslərindən qeyri-qanuni istifadəyə şərait yaradır və bütünlükdə səsvermənin nəticələrinə mənfi təsir edə bilər.

MSK sədri Məzahir Pənahov bu məlumatı təkzib edib və deyilənlərlə razılaşmayıb. MSK-nın digər katibi Natiq Məmmədov deyib ki, hərbçilər müstəqil namizədlərdir, buna görə də onlardan ibarət komissiya yaradıla bilər ki, bu da qanunvericiliyə zidd deyil.

Hesabatlar əsasında katiblər tərəfindən 68 saylı Cəlilabad kənd seçki dairəsi və 31 saylı II Suraxanı seçki dairəsinin tərkibinə dəyişikliklər edilib.

Sonra MSK üzvləri Azər Tağıyev və Arzuman Əlizadə 25 saylı II Nizami seçki dairəsindən deputatlığa namizəd Hüseyn Abdullayevlə bağlı MSK-ya daxil olmuş şikayətlər barədə məlumat verib. Müraciətlərə əsasən, o, komissiya üzvlərini, seçicilərin səslərini satın alır, qanuna zidd olaraq xeyriyyəçiliklə məşğul olur. Onun namizədliyinin ləğv olunması səsverməyə qoyulub, amma nəticədə konsensus olmaması səbəbilə keçməyib.

İclasda digər şikayətlərə də baxılıb və müvafiq qərarlar qəbul deilib.

Xəbər lenti

Xəbər lenti