...

Baş prokurorluq seçkilərdə qanun pozuntularının operativ həlli üçün işçi qrupları yaradıb

Siyasət Materials 4 Noyabr 2005 19:16 (UTC +04:00)

Azərbaycanın baş prokuroru Zakir Qaralovun sərəncamı ilə prokurorluq orqanlarına daxil olan bütün şikayətlərə operativ baxılacaq. Trend bildirir ki, Azərbaycan MSK-nın noyabrın 4-də keçirilən iclasında sədr Məzahir Pənahov bu barədə bəyan edib.

Onun sözlərinə görə, sərəncamla peşəkar əməkdaşların qatıldığı işçi qruplar yaradılıb. Onlar vəziyyətlə tanış olmaq və zərurət halında qanun pozuntuları ilə operativ məşğul olmaq üçün regionlarda yerlərə ezam olunub.İşçi qruplara baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edəcək.

M.Pənahov həmin sərəncamı müsbət qiymətləndirib və vurğulayıb ki, problemlərin operativ həlli səsvermədə və bütövlükdə seçkilər prosesində müsbət əks olunacaq.

Xəbər lenti

Xəbər lenti