...

"Azərbaycanla Türkiyə arasında birgə bəyanatın təsdiqlənməsi haqqında" qanun qüvvəyə minib

Siyasət Materials 5 Noyabr 2005 12:57 (UTC +04:00)

Noyabrın 5-də "Azərbaycanla Türkiyə arasında birgə bəyanatın təsdiqlənməsi haqqında" qanun qüvvəyə minib. Trend in xəbər verdiyi kimi, bəyanat hər iki tərəf arasında iyunun 30-da Bakıda imzalanaraq parlament tərəfindən qəbul edilib, sentyabrın 30-da isə prezident İlham Əliyev tərəfindən imzalanıb.

Dövlət başçısı 30 iyun tarixində Bakıda imzalanmış "Azərbaycan və Türkiyə hökumətləri arasında müəllif hüququ və hüquqi sahələr" haqqında sazişi də imzalayıb. Qərar Azərbaycanın Milli Məclisi tərəfindən qəbul olunub və 2005-ci il noyabrın 5-də qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti