...

GUAM: Rusiya hərbçilərinin iştirakı Gürcüstan və Moldovada münaqişələrin nizamlanmasına mane olur

Siyasət Materials 5 Noyabr 2005 13:31 (UTC +04:00)

Rusiya hərbçilərinin iştirakı Gürcüstan və Moldovada münaqişələrin nizamlanmasına mane olur. Trend in məlumatına görə, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya Nazirliyinin yaydığı və gücmə axşamı Vyanada ATƏT-in Daimi Şurasının iclasında GUAM üzvü olan ölkələrin nümayəndə heyətinin birgə bəyanatında bildirilir.

Bəyanatı imzalayan GUAM ölkələrini nümayəndələri hesab edirlər ki, 1999-cu il ATƏT-in İstanbul sammitinin qərarına uyğun olaraq, rus qoşunlarının Gürcüstan və Moldovadan çıxarılması "siyasi, iqtisadi və təhlükəsizlik problemlərinin nizamlanmasını, Avropada adi silahlı qüvvələr barədə Müqavilənin qüvvəyə minməsini sürətləndirər".

Bəyanatda bu ölkələrin "separatçı regionların demokratikləşməsinin və demilitarizasiyasının bu cür imünaqişələrin mövcud olduğu ölkələrin ərazi bütövlüyünün bərpasında, onların müstəqilliyinin və suverenliyinin təmin olunmasında ən etibarlı yol" olduğu bildirilir. Burada həmçinin, GUAM ölkələrinin bu mühüm məqsədə çatmasında NATO-nun mühüm əhəmiyyət kəsb etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti