...

130-a yaxın xarici jurnalist Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək

Siyasət Materials 5 Noyabr 2005 13:32 (UTC +04:00)

130-a yaxın xarici jurnalist Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək. Bu barədə Trend ə XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, dünyanın aparıcı elektron və çap kütləvi informasiya vasitələrinin nümayəndələri olan bu jurnalistlər artıq XİN-də akkreditə olunublar. "Onların böyük hissəsi artıq Azərbaycandadır, qalan jurnalistlər isə seçkilərin başlanmasına qədər gələcəklər", - deyə XİN nümayəndəsi qeyd edib.

Parlament seçkiləri yalnız ölkədə keçirildiyindən nazirlik tərəfindən Azərbaycanın xarici ölkələrdəki səfirliklərində seçkilərə hazırlıq görülməyib.

Xəbər lenti

Xəbər lenti