...

Seçki günü QHT-lərin "qaynar xətt"i seçicilərə xidmət göstərəcək

Siyasət Materials 5 Noyabr 2005 13:50 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə seçki günü operativ fəaliyyət göstərməsi üçün "qaynar xətt" yaradıb. Bu barədə Trend ə Məşvərət Şurasından məlumat verilib. "Qaynar xətt" seçki günü baş verəcək qanun pozuntuları barədə məlumatların alınması və yardımların edilməsi məqsədilə fəaliyyət göstərəcək. "Qaynar xətt"də mətbuat xidməti məlumatları qəbul edəcək, seçkilər üzrə ekspertlər, hüquq müdafiəçiləri, hüquqşünaslar isə müraciət edən vətəndaşlara məsləhətlər verəcək, onlara köməklik göstərəcəklər.

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası seçkilərin müşahidəsini, səslərin paralel sayılması prosesini də təşkil edəcək. Qeyd edək ki, bu Şurada qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, hüquqşünaslar, seçki üzrə mütəxəssislər təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti