...

Beynəlxalq müşahidə missiyasının nümayəndələri Bakıda qapalı görüş keçiriblər

Siyasət Materials 5 Noyabr 2005 15:56 (UTC +04:00)

Parlament seçkilərinin monitorinqi məqsədilə Azərbaycana gəlmiş Beynəlxalq müşahidə missiyasının nümayəndələri noyabrın 5-də Bakıda qapalı görüş keçiriblər. Trend in xəbər verdiyi kimi, görüşdə ATƏT DTİHB, Avropa Şurası, Avropa parlamenti müşahidə missiyası mərkəzi bürosunun nümayəndələri, xüsusilə Avropa Şurasının Bakıdakı baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq və AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel iştirak ediblər.

Görüşdən sonra müşahidəçilərin bir hissəsi sabah səsvermənin monitorinqini keçirmək üçün dərhal regionlara yola düşüb.

Qeyd edək ki, AŞ PA missiyasının rəhbəri Leo Platvoed "ANS" telekanalına müsahibəsində prezident İlham Əliyevin 25 oktyabr tarixli sərəncamını yüksək qiymətləndirib.

"Səsvermə günü mürəkkəbdən istifadə, sərbəst toplaşmaq hüququnun təmin olunması və sərəncamın digər bəndləri ölkə prezidentinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin tərəfdarı olmasını sübut edir. İndiki halda isə seçki günündə bu sənədin özünü necə doğruldacağını gözləmək qalır", - deyə o qeyd edib.

AŞ müşahidəçiləri ilkin məruzəni noyabrın 7-də Bakıda mətbuat konfransının gedişində açıqlayacaqlar.

Xəbər lenti

Xəbər lenti