...

İlham Əliyev parlament seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə əmin olduğunu vurğulayıb

Siyasət Materials 6 Noyabr 2005 11:44 (UTC +04:00)
İlham Əliyev parlament seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə əmin olduğunu vurğulayıb

Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev ailəsi ilə birlikdə 29 saylı Səbail dairəsinə daxil olan 6 saylı orta məktəbin seçki məntəqəsində səs verib. Trend in xəbər verdiyi kimi, dövlət başçısı səs verdikdən sonra jurnalistəlirn suallarını cavablandırıb. O bildirib ki, seçkilərin gedişindən razıdır və bütün mərhələlərdə bu prosesə hazırlıq yüksək səviyyədə və Seçki Məcəlləsinə uyğun qaydada aparılıb.

"Namizədlər üçün yaxşı və bərabər şərait yaradılmış, təşviqat kampaniyası uğurla keçirilmişdir", - deyə o qeyd edib.

Dövlət başçısı seçkilər günü vəziyyəti normal qiymətləndirib. "Mən əminəm ki, seçkilər şəffaf və ədalətli keçiriləcək və Azərbaycan xalqının iradəsi bunda öz əksini tapacaq", - deyə o bildirib.

İ.Əliyev, həmçinin, onu da əlavə edib ki, bu seçkilər Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır. "Hesab edirəm ki, seçkilərdən sonra ölkənin iqtisadi və digər sahələrdə inkişafı, o cümlədən demokratikləşmə prosesi daha da sürətlənəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti