...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası: "Saat 10:00-a olan vəziyyət üzrə səsvermənin gedişində heç bir pozuntu qeydə alınmayıb"

Siyasət Materials 6 Noyabr 2005 12:06 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası: "Saat 10:00-a olan vəziyyət üzrə səsvermənin gedişində heç bir pozuntu qeydə alınmayıb"

Yerli vaxtla saat 10:00-a olan vəziyyət üzrə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının İnformasiya İdarəsinə səsvermə prosesinin gedişində hər hansı bir pozuntu ilə bağlı müraciət daxil olmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O bildirib ki, məlumatlar telefon rabitəsi vasitəsilə seçki məntəqələrindən seçki komissiyalarına daxil olur və kompüterlərə yerləşdirilir. Daha sonra bu məlumatlar on-layn rejimi ilə MSK-nın İnformasiya Mərkəzinə daxil olacaq.

"Səs vermiş seçicilərin sayı və pozuntular haqqında məlumatlar www.infocenter.gov.az/ saytında da yerləşdiriləcək", - deyə mərkəzin rəhbəri əlavə edib.

Qeyd edək ki, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Xəbər lenti

Xəbər lenti