...

Pa Consulting şirkətinin informasiya mərkəzinə exit-pollun nəticələrinin 20%-i daxil olub

Siyasət Materials 6 Noyabr 2005 14:52 (UTC +04:00)

Saat 14:00-a olan vəziyyət üzrə Pa Consulting şirkətinin informasiya mərkəzinə sorğunun nəticələrinin 20%-i daxil olub. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə şirkətin vitse-prezidenti Tom Vayt məlumat verib.

O bildirib ki, sorğu şirkətin 3 min nümayəndəsi tərəfindən Azərbaycanın seçki dairələrinin yarısında aparılır. 30 nəfərinin bilavasitə şirkətin informasiya mərkəzində fəaliyyət göstərdiyi 80 operator on-line rejimi ilə səsvermənin nəticələri haqqında məlumatlar alır və onlar faksla təsdiqlənir. Lakin sorğunun konkret nəticələri haqqında yalnız yerli vaxtla saat 18:00-dan sonra məlumat vermək mümkün olacaq.

T.Vayt qeyd edib ki, exit-pollda bilavasitə həmin dairədə yaşayan şəxslər iştirak etmədiyindən sorğunun nəticələrinin bir namizədin xeyrinə saxtalaşdırılması qeyri-mümkündür. Naxçıvan Muxtar Respublikasında keçirilən exit-pollun gedişi və nəticələri ilə bağlı sualları cavablandıran vitse-prezident bildirib ki, 4 seçki dairəsində sorğu keçirilir və hazırda hər hansı ciddi pozuntu qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti