...

Elmira Süleymanova: Seçkidə qanun pozuntuları faktlarını müşahidə etsək, bu, bizim illik hesabatımızda öz əksini tapacaq

Siyasət Materials 6 Noyabr 2005 15:06 (UTC +04:00)

Ombudsman aparatının nümayənələri 6 noyabr parlament seçkiləri ilə bağlı bir neçə seçki məntəqəsi və cəzaçəkmə müəssisələrində səsvermənin gedişi ilə bağlı müşahidə aparıblar. Trend xəbər verir ki, bu barədə KİV-rə ombudsman Elmira Süleymanova xəbər verib. O bildirib ki, 2, 4, 5, 9, 10 saylı cəzaçəkmə müəssisələrində, həmçinin, Yasamal, Səbail və Qaradağ rayonları üzrə bir neçə seçki məntəqələrində müşahidə aparıblar.

Ümumilikdə ombudsman aparatının 20 nəfər nümayəndəsi müşahidəçi kimi qeydiyyatdan keçib. E.Süleymanova özünün iştirakı ilə ombudsman aparatı nümayəndələrinin 9 seçki dairəsində müşahidə apardığını bildirib. E.Süleymanovanın sözlərinə görə, səsvermənin gedişi prosesində, həmçinin, mənətəqədən bayırda exit-polların keçirilməsi zamanı ciddi qanun pozuntularına yol verildiyini müşahidə etməyib. O, məntəqədən kənarda hər dörd nəfərdən birinə yaxınlaşıb sorğu keçirməsi üçün exit-polçulara şərait yaradıldığını qeyd edib.

E.Süleymanovanın sözlərinə görə, bu seçkidə vətəndaşların təkrar səsverməsi mümkün deyil. Ombudsman bildirib ki, onlar səsvermənin müşahidəsi üzrə sonda hesabat hazırlayacaqlar. "Biz hesabat hazırlayan dövlət orqanı deyilik. Amma buna baxmayaraq, seçkidə qanun pozuntuları, insanların hüquqlarının pozulması faktlarını müşahidə etsək, bu, bizim illik hesabatımızda öz əksini tapacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti