...

Azərbaycanda parlament seçkiləri başlayıb

Siyasət Materials 6 Noyabr 2005 15:46 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri başlayıb

Azərbaycanda parlament seçkiləri başlayıb. Yerli vaxtla səhər saat 08:00-da bütün ölkədə 125 seçki dairəsində 5 000-dən artıq seçki məntəqəsi açılıb.

İlkin hesablamalara görə, saat 19:00-a qədər davam edəcək səsvermədə 4,6 milyondan artıq seçici iştirak edə bilər.

1541 namizəd 125 deputat mandatı uğrunda mübarizə aparır. Onlar arasında 47 siyasi partiya və blokların nümayəndələri, həmçinin, müstəqil namizədlər də var. 100 nəfərdən artıq namizəd hakim "Yeni Azərbaycan" və "Azadlıq" müxalifət bloku tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti