...

PA Government Services caat 08.00-dan Azərbaycanda exit poll keçirir

Siyasət Materials 6 Noyabr 2005 15:51 (UTC +04:00)
PA Government Services  caat  08.00-dan Azərbaycanda exit poll keçirir

ABŞ Beynəlxcalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycanda "exit poll" keçirmək barədə razılaşma imzalamış PA Government Services şirkəti bu gün yerli vaxtla səhər saat 08.00-dan etibarən seçki sorğusu prosedurasını həyata keçirməyə başlayıb. 17-ci Yasamal 3 saylı seçki dairəsinin 18 seçki məntəqəsində keçirilən "exit poll"da iştirak edən Trend in müxbirinin məlumatına görə, "PA Government Services"in nümayəndələri hər 4 seçicidən birinə səsvermə prosesində iştirak etməyi təklif ediblər.

Deputatlığa namizədlərin adlarının olduğu seçki blankına seçicinin cins, yaş və təhsil dərəcəsi, eləcə də, seçimin səbəbləri və "namizədin seçilməsi idə bağlı yekun qərarın qəbul edildiyi vaxt" kimi suallar da daxil edilib.

Qeyd edək ki, bütün gün ərzində bütün respublika üzrə məntəqələr barədə informasiya Bakıda xüsusi təşkil olunmuş informasiya mərkəzinə daxil edilir. İlkin yekunlar seçki günü axşam, sonuncu yekunlar barədə isə seçkilərdən 24 saat sonra açıqlanacaq.

Qeyd edək ki, "exit poll"lar Azərbaycandakı bütün seçki məntəqələrindən yarısında (125 məntəqədən 65-də) keçirilir. "Exit poll"ların keçirildiyi seçki dairələri isə xüsusi komyuter proqrası vasitəsilə seçilir. Hər bir dairədə 15seçki məntəqəsi, daha doğrusu "exit poll"ların keçirildiyi məntəqələrin ümumi sayı 975-ə çatır.

"PA Government Services" bütün dünyada tanına konsaltinq şirkətidir. Bu şirkət Afrika ölkələrində, Qafqazda, Əfqanıstanda və Orta Asiyada çoxsaylı layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti