...

Dövlət Sərhəd Xidmətinin əsgərləri seçkilərdə fəal iştirak edirlər

Siyasət Materials 6 Noyabr 2005 16:30 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərləri seçkilərdə fəal iştirak edirlər. Bu barədə Trend ə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Əsgərlər Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulan ümumi qaydalarla səs verirlər. Heç bir sərhəd xidməti məntəqəsində seçki məntəqəsi yaradılmayıb. Postda olan əsgərlər isə gün ərzində növbə ilə seçki məntəqələrinə gedərək səsvermədə iştirak edirlər.

DSX-dən verilən məlumatda o da bildirilib ki, səsvermədə iştirak etmiş əsgərlərin sayı hələlik dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti