...

Mübariz Qurbanlı: "Müxalifət seçiciləri ələ almağa cəhd göstərib"

Siyasət Materials 6 Noyabr 2005 19:11 (UTC +04:00)

"100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyasında müxalifətin namizədləri seçki qanunun tələblərini pozublar". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, müxalifətndən olan namizədlər Məhərrəm Qasımov və Etibar Hüseynov seçki məntəqələrinə gedərək seçiciləri onlara səs verməyə çağırıblar: "Seçki Məcəlləsinin tələblərinə riayət etməyən belə namizədlərin nümayəndələri də bütün seçki məntəqələrində təbliğat aparıblar".

YAP rəsmisi onu da əlavə edib ki, belə neqativ hallara baxmayaraq seçkilər yüksək səviyyədə müvafiq qanunlar çərçivəsində aparılıb. Müxalifət nümayəndələrinin təzyiqlərinə baxmayaraq seçicilər siaysi iradələrini azad ifadə etmək hüququndan istifadə ediblər: "Seçkilərin keçirilməsi ilə bağlı nəticələr YAP-ın yekun sənədinə öz əksini tapacaq".

M.Qurbanlı bu barədə hər iki saatdan bir partiyanın Mərkəzi Aparatına məlumat verildiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti